...

Zahid Oruc: "Silah əldə edənlər dindar ola bilməz"

Cəmiyyət Materials 28 Noyabr 2015 19:28 (UTC +04:00)
"Azərbaycanda hər kəs bilməlidir ki, şəhid olmaq istəyirlərsə, Qarabağ torpaqlarını şəhidlik məkanı kimi seçə bilərlər".
Zahid Oruc: "Silah əldə edənlər dindar ola bilməz"

Bakı. Elmir Murad - Trend:

"Azərbaycanda hər kəs bilməlidir ki, şəhid olmaq istəyirlərsə, Qarabağ torpaqlarını şəhidlik məkanı kimi seçə bilərlər". Bunu Trend-ə millət vəkili Zahid Oruc Nardarandakı hadisələrə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, xarici dairələr müəyyən aralıq mərhələdə kimlərisə əllərində alət edə bilərlər: "Amma Azərbaycan xalqı həmin dairələrin yox, dövlətin və dövlətin siyasətinin yanındadır. Son hadisələr keçicidir. Əminik ki, Nardarandakı qüvvələri də irəliyə verənlər görəcəklər ki, Azərbaycan insanı birinci olaraq özü həmin xarici dairələrin qarşısındadır".

Z.Oruc Azərbaycanın tolerant ölkə olduğunu, Prezident İlham Əliyevin bütün dini qurumlara, məscidlərə, sinaqoqlara yardım göstərdiyini vurğulayıb.

"Silah əldə edənlər dindar ola bilməz" deyən deputat hesab edir ki, onlar dini siyasətə gətirmək istəyirlər: "Bu isə yolverilməzdir. Xilafət quruculuğunun Yaxın Şərqin timsalında hansı bəlalara yol açdığı bəllidir. Əllərində "Hizbullah"ın bayraqları, altına Nəsrullahın sözlərini yazmaqla bölgəni də, qurmaq istədikəri ölkəni də heç vaxt abad edə bilməzlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti