...

Millət vəkili: Nardarandakı dini icmaların qanuna uyğun şəkildə fəaliyyət göstərdiyi araşdırılmalıdır

Cəmiyyət Materials 1 Dekabr 2015 12:04 (UTC +04:00)
Nardaran hadisələri vaxtaşırı cəmiyyəti narahat edir, ona görə də bu hadisələr Azərbaycan dövlətinin qanunvericiliyinə müvafiq şəkildə həll edilməlidir.
Millət vəkili: Nardarandakı dini icmaların qanuna uyğun şəkildə fəaliyyət göstərdiyi araşdırılmalıdır

Bakı. Elmir Murad - Trend:

Nardaran hadisələri vaxtaşırı cəmiyyəti narahat edir, ona görə də bu hadisələr Azərbaycan dövlətinin qanunvericiliyinə müvafiq qaydada həll edilməlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, Nardarandakı dini icmaların qanuna uyğun şəkildə fəaliyyət göstərdiyini araşdırmaq lazımdır.

C.Feyziyev qeyd edib ki, əgər onlar dini icmadırsa, dini qurumlar haqqında Azərbaycan respublikasının qanununa müvafiq şəkildə Qafqaz Müsəlmanları İdarəsinin təlimatları və qərarlarına uyğun olaraq fəaliyyətlərini qurmalıdırlar: "Onlar fəaliyyətlərini bu şəkildə qurarlarsa, hər hansı problemlər də olmazdı. Ola bilməz ki, bir qrup insan bir qəsəbənin sakinlərini əsarətdə saxlasın, özünün iddia etdiyi idarəçilik üslubunu onlara tətbiq etsin. Yaxud onlardan Azərbaycan qanunlarından kənar hərəkətlər etməyi tələb etsin. Dini icma adı altında fəaliyyət göstərən qrup Azərbaycan dövlətinin, ölkə başçısının humanist mövqeyindən istifadə edir. Buna bir dəfəlik son qoymaq lazımdır".

Millət vəkili hesab edir ki, Nardarandakı son hadisələrdə istifadə edilən silahlar, dövlət təmsilçilərinə qarşı hücumlar onların din pərdəsi altında ölkədə pozuculuq fəaliyyəti göstərmək təşəbbüsündən xəbər verir: "Bu cür hərəkətləri həyata keçirən bütün şəxslər qanun qarşısında cavab verməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti