...

Saatlıda Mübariz Qurbanlıdan məscidlərin təmiri xahiş olundu (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2015 16:37 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də Saatlıdakı Gənclər Mərkəzində bu rayondan, eləcə də Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşları qəbul edib.
Saatlıda Mübariz Qurbanlıdan məscidlərin təmiri xahiş olundu (FOTO)

Bakı. Elmir Murad - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də Saatlıdakı Gənclər Mərkəzində bu rayondan, eləcə də Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşları qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl M.Qurbanlı, Milli Məclisin deputatı Əflatun Amaşov və Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Qəbula gəlmiş vətəndaşlar, əsasən, dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, Quran kurslarının təşkili, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşları diqqətlə dinləyən M.Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması üçün isə göstərişlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti