...

Nardaran Cümə məscidi yalnız icma formalaşandan sonra fəaliyyət göstərəcək

Cəmiyyət Materials 17 Dekabr 2015 15:53 (UTC +04:00)
Harada məscid, harada tarixi ziyarətgah varsa, orada mütləq dini icma olmalıdır.
Nardaran Cümə məscidi yalnız icma formalaşandan sonra fəaliyyət göstərəcək

Bakı. Elmir Murad - Trend:

Harada məscid, harada tarixi ziyarətgah varsa, orada mütləq dini icma olmalıdır.

Trend-in məlumatına görə, bunu dekabrın 17-də "Gənclər dini radikalizm və ekstremizmə "yox" deyir" mövzusunda keçirilən elmi-praktik konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı məscidlərin vəziyyəti ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, icma mütləq lazımdır: "Nardaranda olan məscidlərdə isə icma yaradılmayıb. Yalnız Nardarandakı Cümə məscidi qeydiyyatdan keçmişdi. 2009-cu ildə isə qanunvericilikdə edilən dəyişiklikdən sonra təkrar qeydiyyatdan keçməli idi, amma keçməyib".

Komitə sədri əlavə edib ki, hazırda həmin məsciddə yeni icmanın yaradılması istiqamətində iş gedir: "Yəqin ki, ilin əvvəlində orada icma formalaşacaq və bundan sonra həmin məscid rəsmi qeydiyyatda olan məscid kimi fəaliyyətini davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti