...

Əbülfəs Qarayev: Ərzaq məhsullarının qiyməti qalxsa, hoteldə təqdim olunan qidalar bahalaşacaq

Cəmiyyət Materials 23 Dekabr 2015 17:17 (UTC +04:00)
Azərbaycanda manatın devalyasiyası prosesinin turizm sektoruna göstərəcəyi ilkin təsir açıqlanıb.
Əbülfəs Qarayev: Ərzaq məhsullarının qiyməti qalxsa, hoteldə təqdim olunan qidalar bahalaşacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda manatın devalyasiyası prosesinin turizm sektoruna göstərəcəyi ilkin təsir açıqlanıb.

Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib ki, devalyasiya ilə əlaqədar olaraq, turizm sektorunda xarici valyuta ilə müəyyən olunan xidmətlərin qiymətlərində dəyişiklik olacaq: "Amma o qiymətlər ki, Azərbaycanın daxilində manatla göstərilir, həmin qiymətlər süni şəkildə artırılmamalıdır. Artırılma olacaqsa, bu, ölkənin ümumi iqtisadi bazarına uyğun şəkildə həyata keçiriləcək".

Nazirin sözlərinə görə, əgər bazarda ərzaq məhsullarının qiyməti qalxacaqsa, sözsüz ki, hoteldə təqdim olunan qidalar bahalaşacaq: "Amma ümumi şəkildə ölkədə bu sahədə tənzimlənmə mexanizmləri düzgün qurulsa - biz buna əminik - o zaman qiymətlərin süni şəkildə artırılması müşahidə edilməyə bilər. Biz bunu arzulayardıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti