...

Əflatun Amaşov: Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir

Cəmiyyət Materials 24 Dekabr 2015 17:46 (UTC +04:00)
Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir.
Əflatun Amaşov: Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir. Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünyada hər bir xalqa xas olan dəyərlər var: "Avropada da müəyyən dəyərlər var ki, biz onların bir hissəsini mənimsəyirik və öz dəyərlərimizi Avropaya, dünyaya ixrac edirik. Eyni zamanda Azərbaycan tolerant ölkədir. Azərbaycanın qanunları dünyanın inkişaf etmiş ölkələrinin qanunları ilə bərabər səviyyədədir. Ancaq bizim ali mənəvi dəyərlərimiz var. Biz dünyadan nə qədər dəyərlər mənimsəsək də, özümüzün əsrlər boyu formalaşan dəyərlərimizi qoruyub saxlamalıyıq və o dəyərləri aşağılayan heç bir hala yol verməməliyik. Ona görə də Azərbaycanda belə bir jurnalın nəşr olunmasına təəssüf edirəm. Əminəm ki, bu jurnal milli dəyərlərimizə zidd olduğu üçün özünə yer tutmayacaq".

Millət vəkili bildirib ki, Azərbaycanda bundan əvvəl də milli dəyərlərimizə zidd nəşrlər olsa da, sonradan özlərinə oxucu qazana bilmədiyi üçün bağlanıb.

Qeyd edək ki, Azərbaycanda homoseksuallarla bağlı "Minority" adlanan jurnal nəşr olunub. Jurnalda milli-mənəvi dəyərlərimizə tamamilə zidd şəkillər və materiallar yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti