...

"Sənədsiz məktəbli qalmasın" (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2015 11:38 (UTC +04:00)
“ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakıda da yerləşən ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir.
"Sənədsiz məktəbli qalmasın"  (FOTO)

Bakı. Trend:

"ASAN xidmət"in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın" sosial aksiyası Bakıda da yerləşən ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi şagirdlərin "ASAN xidmət" mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, "Sənədsiz məktəbli qalmasın" sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başladılıb. Aksiya çərçivəsində bu günə kimi Sumqayıtda 2000-ə yaxın, Bakıda isə 1000-dən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti