...

Sumqayıtda da kənd təsərrüfatı və ərzaq məhsulları yarmarkası fəaliyyətə başladı

Cəmiyyət Materials 30 Dekabr 2015 10:42 (UTC +04:00)
Yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.
Sumqayıtda da kənd təsərrüfatı və ərzaq məhsulları yarmarkası fəaliyyətə başladı

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi dekabrın 29-dan başlayaraq Sumqayıt şəhəri, Avtovağzalın ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkasını təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti