...

Azərbaycan dilinin istifadəsinə nəzarət gücləndirilir

Cəmiyyət Materials 30 Dekabr 2015 14:11 (UTC +04:00)
Yanvarın əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu yanında "qaynar xətt" işə düşəcək.
Azərbaycan dilinin istifadəsinə nəzarət gücləndirilir

Bakı. Hüseyn Vəliyev - Trend:

Gələn ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu yanında "qaynar xətt" işə düşəcək.

İnstitutdan Trend-ə verilən məlumata görə, ictimaiyyət nümayəndələri "qaynar xətt"in köməkliyilə Azərbaycan dilindən istifadə zamanı (məsələn, küçə reklamında və ya digər informasiya materiallarında) yol verilmiş üslub səhvləri barədə institutun mütəxəssislərini məlumatlandıra biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti