...

Sarayda qonşusunu güllələyən şəxs saxlanıldı

Cəmiyyət Materials 3 Fevral 2016 14:18 (UTC +04:00)
Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Kamran Babayevi güllələyən şəxs saxlanılıb.
Sarayda qonşusunu güllələyən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Kamran Babayevi güllələyən şəxs saxlanılıb. Abşeron rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini Qüdrət Kərimovun yeri müəyyən edilib və saxlanılıb. Saxlanılan şəxsdən hadisədə istifadə etdiyi "Makarov" markalı tapança aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumatda bildirilib ki, faktla bağlı Abşeron tayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci-ci(Qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbə sakini Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin K.Babayevə qonşusu Qüdrət Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti