...

Ünvanlı sosial yardım yeni qaydalarla veriləcək

Cəmiyyət Materials 12 Fevral 2016 09:36 (UTC +04:00)
Azərbaycanda “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ı təsdiq edilib.
Ünvanlı sosial yardım yeni qaydalarla veriləcək

Bakı. Trend:

Azərbaycanda "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"ı təsdiq edilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni qaydalar təsdiq olunduğu üçün "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli ləğv edilib.

Yeni qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, ailə üzvünün vəfat etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması və s səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər.

Sosial yardımın alınması üçün müraciətlər 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur.

Sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə), sosial yardım alan ailə bu barədə elektron formada və kağız üzərində 5 (beş) iş günü müddətində məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti