...

Ölkəmizə saxta sənədlərlə keçmək istəyən Qana vətəndaşları geri qaytarıldı

Cəmiyyət Materials 12 Fevral 2016 12:08 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keç­məyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.
Ölkəmizə saxta sənədlərlə keçmək istəyən Qana vətəndaşları geri qaytarıldı

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keç­məyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

DSX mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli "İstanbul-Bakı" aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.

Müvafiq araşdırma aparıldıqdan sonra onlar fevralın 10-da "Bakı-İstanbul" reysi ilə geri qaytarılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti