...

Prokuror Qusarda qardaşını doğrayan qıza cəza istədi

Cəmiyyət Materials 18 Fevral 2016 11:51 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror Qusarda qardaşını doğrayan qıza cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror A.Baxışovanın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi fevralın 25-ə təyin edilib və növbəti prosesdə təqsirləndirilən şəxs son söz deyəcək.

Qeyd edək ki, qətl keçən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü A.Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra A.Baxışova şübhəli şəxs qismində saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, A.Baxışova qardaşı B.Baxışovu onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vuraraq öldürüb. Sonra onun qollarını, ayaqlarını kəsərək meyiti həyətdə basdırıb. Bir müddət sonra aşkar ediləcəyindən qorxaraq meyiti həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti