...

"Nar" talassemiyalı uşaqlara dəstək oldu

Cəmiyyət Materials 19 Fevral 2016 15:17 (UTC +04:00)
Mobil operatorun baş ofisində “Qan ver, həyat bəxş et” şüarı altında qanköçürmə aksiyası keçirildi.
"Nar" talassemiyalı uşaqlara dəstək oldu

Bakı. Trend:

Korporativ sosial məsuliyyət strategiyasına sadiq qalan "Nar" növbəti xeyriyyə aksiyasına imza atdı.

Belə ki, 19 fevral 2016-cı il tarixdə saat 10:00-dan 13:00-dək mobil operatorun baş ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanköçürmə aksiyası təşkil edildi. "Qan ver, həyat bəxş et!" şüarı altında keçirilən qan donorluğu aksiyası Respublika Talassemiya Mərkəzində qeydiyyatda olan xəstələr və digər qana ehtiyacı olanların şəfa tapmalarına yönəldilmiş xoş məramlı bir aksiya oldu.

Qeyd edək ki, "Nar" daha öncə də bənzər təşəbbüslərlə çıxış edib. Bir müddət əvvəl Azərbaycanda qan donorluğunu təşviq etmək məqsədilə "Nar Donor" adlı sosial layihəyə start verilmiş və Bakı şəhərində qanköçürmə aksiyaları təşkil edilmişdi. "Android" əməliyyat sistemli smartfonların biri-birinə birbaşa enerji ötürmələrini təmin edən xüsusi kabellər isə aksiyanın simvoluna çevrilmişdilər. "Enerjini paylaş, telefon xilas et - qanını paylaş, insan yaşat!" şüarı altında keçirilən aksiya böyük ictimai diqqətə səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti