...

İş adamını qətlə yetirən ekstremist dəstə üzvlərinin məhkəməsi keçirilib

Cəmiyyət Materials 29 Fevral 2016 12:39 (UTC +04:00)
Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.
İş adamını qətlə yetirən ekstremist dəstə üzvlərinin məhkəməsi keçirilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunan 17 nəfərlik dini ekstremist dəstə üzvlərinin - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxaliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov və Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşları Elman Bayramov və Mehman Teymurov ifadə veriblər. Onlar bildiriblər ki, dəstə üzvləri zərərsizləşdirilərkən dəstə üzvü Xəlil Məmmədovun evində əməliyyat zamanı evdən odlu silah, dini ədəbiyyat və telefonlar aşkarlanıb.

Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, V.Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib.

Onlar külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə V.Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti