...

Nabranda qətl törədən tələbələrin məhkəməsi başladı

Cəmiyyət Materials 2 Mart 2016 15:19 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirləndirilən Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Nabranda qətl törədən tələbələrin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirləndirilən Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə başlayan prosesdə hazırlıq iclası keçirilib. Məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 14-nə təyin edilib.

Qeyd edək ki, qətl keçən ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı H.Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orada gənclər əylənmək məqsədilə yanlarına qız çağırıblar. Əylənəndən sonra qızın dalınca gələn taksi sürücüsü Famil Məmmədovla aralarında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticəsində taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı R.Abbaslı və H.Rüstəmov saxlanılıb. H.Rüstəmov Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti