...

"Əsgər baharı-2016" festivalı keçiriləcək

Cəmiyyət Materials 15 Mart 2016 17:24 (UTC +04:00)
Novruz bayramı münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir.
"Əsgər baharı-2016" festivalı keçiriləcək

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planını təsdiq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda silsilə bayram tədbirləri keçiriləcək.

Bayram günlərində "Heydər Əliyev və Azərbaycan xalqının milli-mənəvi dəyərləri" mövzusunda mühazirələrin, tarixçilərin, folklorşünas alimlərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"ların, bir sıra mədəni-kütləvi tədbirlərin təşkili, eləcə də "Əsgər baharı-2016" festivalının keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları ilə birgə hərbi hissələrdə, hərbi tibb və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi, şəxsi heyətə sovqatların çatdırılması planlaşdırılıb.

Bayram ərəfəsində hərbi hissələrin yaxınlığındakı Şəhidlər xiyabanları, qardaşlıq qəbiristanlıqları, şəhid məzarları və abidələri olan ərazilərdə abadlaşdırma işlərinin aparılması, eləcə də milli idman növləri üzrə yarışların, sərgilərin, əsgər yaradıcılığı müsabiqələrinin təşkili də planda öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti