...

Polis əhaliyə müraciət etdi

Cəmiyyət Materials 18 Mart 2016 17:26 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsi ərazidə yaşayan sakinlərə oğurluq və digər neqativ halların qarşısının alınması ilə bağlı ehtiyatlı olmaq barədə müraciət edib.
Polis əhaliyə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Bakının Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsi ərazidə yaşayan sakinlərə oğurluq və digər neqativ halların qarşısının alınması ilə bağlı ehtiyatlı olmaq barədə müraciət edib.

Bölmənin sahə müvəkkili Elman Məmmədov Trend-ə bildirib ki, müraciət əhalinin və obyektlərin təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədardır.

Müraciətdə bildirilir ki, əhali oğrulara qarşı diqqətli olmalı, təhlükəsizlik tədbirləri görməlidir: "Əhaliyə müraciət etmişik ki, mənzillərini, avtomobillərini tərk edərkən mənzilin qapısı və pəncərəsini yaxşıca bağlasınlar, avtomobildə bahalı əşyalar saxlamasınlar, rayona və ya xaricə istirahət etmək üçün yollananlar mənzilin təhlükəsizliyinə önəm versinlər".

E.Məmmədov qeyd edib ki, mənzillərin, obyektlərin və avtomobillərin təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün siqnalizasiya sistemi quraşdırmaq tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti