...

Bakı sərnişin stansiyasında Novruz şənliyi (FOTO)

Cəmiyyət Materials 21 Mart 2016 17:30 (UTC +04:00)
Martın 21-də sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib.
Bakı sərnişin stansiyasında Novruz şənliyi (FOTO)

Bakı. Trend:

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Beynəlxalq Novruz Bayramı günlərində - 20-27 mart 2016-cı il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil edilir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sərnişin daşımaları Departamentinin kollektivi bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.

Martın 21-də sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Qədimdən bu günəcən gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin mili-mənəvi xüsusiyyətləri ilə xalqın yaddaşında yaşayır.

Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsl bayram əhvali-ruhiyyəsi yaşatdı.

2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat - ATƏT Novruz bayramını öz təqviminə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti