...

Allahşükür Paşazadə: Azərbaycanın güclənməsi erməniləri qorxuya salır

Cəmiyyət Materials 30 Mart 2016 11:43 (UTC +04:00)
“Ermənilər dünyanın harasında olurlarsa olsunlar, özlərini yazıq göstərirlər və bunun altında öz məkrli niyyətlərini həyata keçirmək üçün çirkin işlər görürlər".
Allahşükür Paşazadə: Azərbaycanın güclənməsi erməniləri qorxuya salır

Bakı. Elçin Mehdiyev - Trend:

"Ermənilər dünyanın harasında olurlarsa olsunlar, özlərini yazıq göstərirlər və bunun altında öz məkrli niyyətlərini həyata keçirmək üçün çirkin işlər görürlər".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı QMİ tərəfindən keçirilən tədbirdə deyib.

QMİ sədri bildirib ki, Avropa ölkələrindən birində keçirilən tədbir zamanı erməni dini liderlərindən biri görüşdən sonra yalan danışdığını etiraf edib: "Vazgen adlı erməni dini lideri mənə həqiqəti bildiyini, lakin yalan danışmağa məcbur olduğunu dedi. Əgər erməni dini lideri belə edirsə, digər ermənilərdən nə gözləmək olar?!"

A.Paşazadə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı dünyada aparılan təbliğat işləri erməniləri qorxuya salıb: "Bizim həm iqtisadi, həm də hərbi cəhətdən güclənməyimiz erməniləri daha çox qorxudur və onlar özlərini dünyaya daha yazıq göstərməyə çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti