...

Azərbaycanda seysmik hadisələrin öyrənilməsi üzrə dövlət proqramı hazırlanıb

Cəmiyyət Materials 7 Aprel 2016 10:19 (UTC +04:00)
Azərbaycanda seysmik hadisələrin öyrənilməsi üzrə dövlət proqramı hazırlanıb.
Azərbaycanda seysmik hadisələrin öyrənilməsi üzrə dövlət proqramı hazırlanıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda seysmik hadisələrin öyrənilməsi üzrə dövlət proqramı hazırlanıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən deyiblər.

Hazırda hökumətdə baxılan dövlət proqramının hazırlanmasına İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və digər strukturlar cəlb edilib.

Mərkəzdən deyiblər ki, dövlət proqramının geniş əhatə dairəsi var: "Proqramda zəlzələlələrin seysmik ocaqlarının, ocaqların fizikasının, respublikanın seysmik makrorayonlaşdırılmasının, Bakı ərazisinin mikrorayonlaşdırılmasının öyrənilməsi üzrə işlər və s. nəzərdə tutulub. Demək olar ki, sadalananlar hələ yalnız niyyətdir, çünki bu layihələrin reallaşdırılması üçün maliyyə dəstəyi lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti