...

İtkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyit Azərbaycana gətirilib

Cəmiyyət Materials 4 Aprel 2016 19:50 (UTC +04:00)
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyit bu gün gətirilib.
İtkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyit Azərbaycana gətirilib

Bakı. Trend:

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyit bu gün gətirilib. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb. Qeyd olunan təyyarə aprelin 4-də gecə saatlarında geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti