...

İcra başçısı: Ermənilərin artilleriya zərbəsindən Tərtərdə 160 ev dağılıb

Cəmiyyət Materials 5 Aprel 2016 12:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Erməni hərbi birləşmələri Tərtər rayonunda cəbhəyanı kəndləri ağır artilleriya atəşinə tutmaqda davam edir. Bu barədə Trend-ə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində aprelin 2-dən bu günə qədər 160 evə ziyan dəyib: "Hazırda təmas xəttində yerləşən kəndlərimiz atəşə tutulub. Bu günə qədər 160 evə ciddi ziyan dəyib. Həmin evlərdən 7-si tamam dağılıb, qalanları isə qismən dağılıb".

M.Məmmədov deyib ki, ermənilərin təxribatına baxmayaraq, əhali normal yaşayış və iş şəraitində həyat tərzini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti