...

Azərbaycanda 701 partlamamış hərbi sursat zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2016 11:30 (UTC +04:00)
2016-cı ilin mart ayı ərzində 1,762,402 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda 701 partlamamış hərbi sursat zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

2016-cı ilin mart ayı ərzində 1,762,402 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 701 ədəd PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 320,443,366 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 716,307-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Qazax, Tərtər, Tovuz, Samux və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti