...

Səhiyyə naziri doğuşayardım xidmətlə bağlı bəzi müəssisə rəhbərlərinə tapşırıq verdi

Cəmiyyət Materials 8 Aprel 2016 12:24 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.
Səhiyyə naziri doğuşayardım xidmətlə bağlı bəzi müəssisə rəhbərlərinə tapşırıq verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə naziri Oqtay Şirəliyev "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə" əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əmr Respublikasının şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb.

Sənəddə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına cədvələ əsasən doğuşayardım xidməti üzrə respublikanın regionlarına təhkim edilməsi tapşırılır.

Eyni zamanda, həmin müəssisələrin rəhbərlərinə tapşırılır ki, təhkim olduqları şəhər və rayonlarda doğuşayardım xidmətinin təşkili, onun keyfiyyətinin və səmərəliliyin yaxşılaşdırılması, bu sahədə təcrübi və metodiki yardımın göstərilməsi, fəaliyyətin təhlili və müvafiq təkliflərin verilməsini təmin etsinlər. Təhkim olunmuş baza tibb müəssisələrinin və yüksək ixtisaslı mama-ginekolog, neonatoloq və anestezioloq-reanimatoloqlar Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası vasitəsi ilə ezam olunmaları, ehtiyac yarandıqda digər mütəxəssislərin ezam olunması işinin təşkili, görülən işlər barəsində daim Səhiyyə Nazirliyinə məlumat verilməsi tapşırıqları da əmirdə öz əksini tapıb.

Əmrin digər bəndində rayon mərkəzi xəstəxanaların baş həkimlərinə doğuşayardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyəti mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator -poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi, ezam olunan mütəxəssislərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, təhkim olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərin mütəmadi müzakirə edilməsi tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti