...

Dələduz qadına 7 il cəza verildi

Cəmiyyət Materials 8 Aprel 2016 17:07 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvanə Mütəllimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Dələduz qadına 7 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvanə Mütəllimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Mütəllimova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, P.Mütəllimova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti