...

IDEA, İqtisadiyyat Nazirliyi və "Təmiz Şəhər" əməkdaşları Balaxanı tullantı poliqonunda 1000 ağac əkib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2016 13:27 (UTC +04:00)
IDEA-nın, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları Balaxanı tullantı poliqonunda 1000 ədəd ağac əkiblər.
IDEA, İqtisadiyyat Nazirliyi və "Təmiz Şəhər" əməkdaşları Balaxanı tullantı poliqonunda 1000 ağac əkib (FOTO)

Bakı. Trend:

IDEA-nın, İqtisadiyyat Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları Balaxanı tullantı poliqonunda 1000 ədəd ağac əkiblər.

Bu barədə Trend-ə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Bildirilir ki, IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib. Hər üç qurumun əməkdaşlarının iştirak etdiyi aksiyada 1000 ədəd ağac əkilib.

Əkilən ağaclar daim "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının nəzarətində olacaq, poliqon əməkdaşları tərəfindən onlara qulluq ediləcək.

Son illər yaşıllıq və ağaclıq ərazisinə çevrilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantıların üfunəti, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı.

"Təmiz Şəhər" ASC fəaliyyətə başladıqdan sonra isə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşını tamamilə alındı, bütün məişət tullantıları örtülüb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradıldı və tullantıların düzgün qəbuluna başlanılıb.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, IDEA-nın, İqtisadiyyat Nazirliyinin və "Təmiz Şəhər"in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər.

Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 9 minə yaxın ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti