...

Bu gün də AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2016 14:08 (UTC +04:00)
Aprelin 10-u da bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçiriblər.
Bu gün də AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Aprelin 10-u da bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib.

Trend-in məlumatına görə, aksiya iştirakçıları Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi antiazərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər.

Aksiyada gənclər "Rədd ol Azərbaycandan", "Vətən xaininin yeri zindandır", "Əli Kərimli ilə eyni ölkənin vətəndaşı olmaq istəmirik!", "Ordumuzun uğuru Əli Kərimlinin faciəsidir", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə!" kimi şüarlar səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti