...

Qəhrəman şəhidlərimiz dəfn edilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2016 13:59 (UTC +04:00)
Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev bu gün ikinci Fəxri Xiyabanda dəfn ediliblər.
Qəhrəman şəhidlərimiz dəfn edilib (FOTO)

Bakı. Trend:

Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev bu gün ikinci Fəxri Xiyabanda dəfn ediliblər.

Trend-in məlumatına görə, dəfn mərasikində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, millət vəkilləri, ziyalılar, şəhidlərin doğmaları, sadə vətəndaşlar iştirak ediblər.

Yaylım atəşi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti