...

Bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2016 14:24 (UTC +04:00)
Bu gün bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında daha bir dinc aksiya keçirilib.
Bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib (FOTO)

Bakı. Trend:

Bu gün bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında daha bir dinc aksiya keçirilib. Trend-in məlumatına görə, aksiyada gənclər Ə.Kərimlinin sosial şəbəkədə anti-azərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiribər.

Gənclər "Əli Kərimli, sənin məqsədin erməninin məqsədi ilə eynidir", "Liderini satan, dövlətini də satar", "Pərdə arxasında gizlənmə", "Oğlun fərarilik edir", "Xainin vətəni olmur, vətəndaşlıqdan çıx", "Liderinə xəyanət edən Əli Kərimli erməniyə də satılar" kimi şüarlar səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti