...

Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb

Cəmiyyət Materials 15 Aprel 2016 12:17 (UTC +04:00)
Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb.
Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-də Kürün aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kürün Şirvandan keçən hissəsində 2, Salyanda 10, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Kür çayının Surra məntəqəsində isə 10 sm artım qeydə alınıb.

Aprelin 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 360 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 506 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2015-ci il aprelin 15-də 382 sm), Şirvanda 283 sm (2015-ci il aprelin 15-də 197 sm), Salyanda 207 sm (2015-ci il aprelin 15-də 116 sm), Bankədə 183 sm (2015-ci il aprelin 15-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2015-ci il aprelin 15-də 143 sm) təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-80 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 27 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 199 m3/s təşkil edərək ongünlük normanın 118 faizinə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti