...

Baş məşqçi: Umid edirəm ki, Azərbaycan himni Rioda səslənəcək (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2016 05:17 (UTC +04:00)
Ümid edirəm ki, Azərbaycan ağırlıqqaldıranları Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər, bayrağımızı yüksəkliyə qaldıracaqlar, və Rio-de-Janeyroda Azərbaycanın himni səslənəcək.
Baş məşqçi: Umid edirəm ki, Azərbaycan himni Rioda səslənəcək (FOTO)

Bakı. Ənvər Məmmədov -Trend:

Ümid edirəm ki, Azərbaycan ağırlıqqaldıranları Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər, bayrağımızı yüksəkliyə qaldıracaqlar, və Rio-de-Janeyroda Azərbaycanın himni səslənəcək.

Trend-in məlumatında görə, bunu bazar günü jurnalistlərə ağır atletika üzrə milli komandanın baş məşqçisi Nizami Paşayev deyib.

Onun sözlərinə görə, keçmiş Avropa Çempionatında göstərilən nəticə kifayət qədər yaxşıdır: "Bildiyiyniz kimi, bu Avropa Çempionatına 8 idmançı ilə getdik, bizim dörd nümayəndəmiz var idi, həm kişilərin, həm də qadınların yarışında. Əsas məqsədimiz Olimpiadaya lisenziya qazanmaq idi. Boyanka Kostovanın nəticəsi çox yaxşıdır və mən ümid edirəm ki, o, Olimpiadada bu uğurunu təkrarlayacaq".

Yığmanın baş məşqçisi həmçinin ölkə rəhbərliyinə və federasiyaya yaradılan şəraitə görə təşəkkürünü bildirib və Rio-de-Janeyrodan qələbə ilə qayıtmağa söz verib.

Öz növbəsində, sonuncu Avropa Çempionatının "qızılını" qazanan Azərbaycan idmançısı Boyanka Kostova qeyd edib ki, öz nəticəsi ilə razı qalıb: "Mən çıxışımdan razıyam və düşünürəm ki, məşqçilər də razıdır. Ümumilikdə yarışlar yaxşı keçdi, hesab edirəm ki, lazım olanı etdim. Qabağda Rioda Olimpiya oyunları var, umidvaram ki, medal qazanacam. Olimpiadada rəqabət daha yüksək olsa da, əsas rəqiblərimi Çin və Tayland idmançılarını görürəm. Mənim medalım göstərdi ki, hal-hazırda Avropada mənim rəqibim yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti