...

Təhsil Nazirliyi yeni pilot layihəyə başlayır - "Azərbaycan üçün öyrət"

Cəmiyyət Materials 19 Aprel 2016 17:42 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yeni pilot layihənin - "Azərbaycan üçün öyrət" yeni təhsil proqramının icrasına başlayır.
Təhsil Nazirliyi yeni pilot layihəyə başlayır - "Azərbaycan üçün öyrət"

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi yeni pilot layihənin - "Azərbaycan üçün öyrət" yeni təhsil proqramının icrasına başlayır.

Trend-in məlumatına görə, proqramın təqdimat mərasimində əvvəlcə iştirakçılara şagirdlərin daha çox öyrənmək istəyini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra "Azərbaycan üçün öyrət" (www.facebook.com/tfa.az; elektron poçt: [email protected]) yeni təhsil proqramının təqdimatı keçirilib, proqramın məqsədi, vəzifələri və proqramda iştirak imkanlarını əks etdirən videoçarx izlənilib.

Proqramın təqdimatı zamanı bildirilib ki, "Azərbaycan üçün öyrət" təhsil proqramı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram, həmçinin şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir.

Təhsil naziri Mikayıl Cabbarov ''Azərbaycan üçün öyrət'' təhsil proqramının əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir qeyd edib ki, proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək. Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin akademik göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq.

Tədbirdə daha sonra çıxış edənlər proqramın uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonda Təhsil Nazirliyi və "Kapital Bank" arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti