...

"Təmiz Şəhər" Bratislavadakı beynəlxalq konfransda Azərbaycanı təmsil edib (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2016 13:05 (UTC +04:00)
21-22 aprel 2016-cı il tarixlərində Slovakiyanın Bratislava şəhərində “Dayanıqlı Üzvi Çirkləndirici Tullantıların İdarə Olunması” mövzusunda konfrans keçirilib.
"Təmiz Şəhər" Bratislavadakı beynəlxalq konfransda Azərbaycanı təmsil edib (FOTO)

Bakı. Trend:

21-22 aprel 2016-cı il tarixlərində Slovakiyanın Bratislava şəhərində "Dayanıqlı Üzvi Çirkləndirici Tullantıların İdarə Olunması" mövzusunda konfrans keçirilib.

"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən əmlumata görə, Serbiya, Türkiyə, Ukrayna, Monteneqro, Moldova, Bosniya və Hersoqovinya, Gürcüstan, Belarus, Albaniya kimi ölkələrin iştirak etdiyi tədbirdə Azərbaycanı "Təmiz Şəhər" ASC təmsil edib.

"Təmiz Şəhər"in nümayəndələri konfrans iştirakçılarına Bakı şəhərində bərk məişət tullantılarının emalı və zərərsizləşdirilməsi, yaşıl iqtisadiyyat sahəsində sahibkarlar üçün yaradılmış şərait və imkanlar, həmçinin bu sahədə həyata keçirilən islahat və layihələr barədə geniş məlumat verilib.

Azərbaycanlı nümayəndələr təqdimatla çıxış edərək "Təmiz Şəhər" ASC-nin layihələri: tullantıların çeşidlənməsi və yandırılması zavodları, Balaxanı Sənaye Parkı, tullantıların zərəsizləşdirilməsi poliqonu barədə ətraflı danışıblar.

Azərbaycan tərəfinin təqdimatı və videoçarx tədbir iştirakçılarının marağına səbəb olub və çıxış müzakirələrin müşaiyəti ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti