...

Azərbaycan FHN: Rusiya gəmisinin söndürülməsi prosesi dayandırılmayıb

Cəmiyyət Materials 23 Aprel 2016 14:42 (UTC +04:00)
Rusiya saytları Xəzər dənizinin Azərbaycan hissəsində yanan Rusiyaya məxsus tankerin Azərbaycan tərəfindən söndürülməməsinə qərar verilməsi barədə məlumat yayılıb.
Azərbaycan FHN: Rusiya gəmisinin söndürülməsi prosesi dayandırılmayıb

Bakı. Trend:

Rusiya saytları Xəzər dənizinin Azərbaycan hissəsində yanan Rusiyaya məxsus PALFLOT 2 gəmisinin Azərbaycan tərəfindən söndürülməməsinə qərar verilməsi barədə məlumat yayıb.

Məsələ ilə bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib: "Hazırda gəminin söndürülməsi prosesi davam etdirirlir. Belə bir qərarın verilməsilə bağlı bizdə heç bir məlumat yoxdur".

Qeyd edək ki, bu gün səhər saatlarında Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

Ekipaj üzvlərinin təxliyyəsi artıq başa çatıb, 1 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti