...

Bakıda yeni açılan marşrutun hərəkət xətti müəyyənləşdi

Cəmiyyət Materials 25 Aprel 2016 16:53 (UTC +04:00)
Bakıda 7 nömrəli marşrut xəttinin hərəkət trayektoriyası müəyyən edilib.
Bakıda yeni açılan marşrutun hərəkət xətti müəyyənləşdi

Bakı. Samir Əli - Trend:

Bakıda 7 nömrəli marşrut xəttinin hərəkət trayektoriyası müəyyən edilib.

"BakuBus" MMC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, adıçəkilən marşrut xətti üzrə hərəkət edən avtobuslar Mərkəzi parkdan (Qış parkı) başlayaraq, Heydər Əliyev Sarayı, Kukla Teatrı, "Azneft" dairəsi, "İçərişəhər" metro stansiyası, Şəhidlər xiyabanı, "Elmlər Akademiyası" metro stansiyası, Yasamal rayon İcra Hakimiyyəti, "ASAN xidmət" mərkəzi, Şərifzadə küçəsi, "İnşaatçılar" metro stansiyası, Milli Onkologiya Mərkəzi, "20 Yanvar" metro stansiyası, Mir Cəlal küçəsi, Göz Xəstəlikləri İnstitutu və Heydər Məscidinin yanından keçməklə 9-cu mikrorayona doğru hərəkət edəcək.

Qeyd edək ki, 7 saylı xətt aprelin 23-dən etibarən fəaliyyətə başlayıb. Avtobuslar səhər saat 06:00-dan axşam saat 23:30-a qədər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti