...

Bəzi Bakıətrafı yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 25 Aprel 2016 18:18 (UTC +04:00)
Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.
Bəzi Bakıətrafı yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlayacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adıçəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti