...

Bakı məktəblərindəki hazırlıq qruplarında monitorinqlərə başlanılıb

Cəmiyyət Materials 26 Aprel 2016 11:38 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin məktəbəqədər hazırlıq qruplarında monitorinqlərə başlayıb.
Bakı məktəblərindəki hazırlıq qruplarında monitorinqlərə başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin məktəbəqədər hazırlıq qruplarında monitorinqlərə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin müdirinin əmrinə əsasən, monitorinqlər məktəbəhazırlıq qrupları təşkil edilmiş 135 ümumtəhsil məktəbinin hazırlıq qruplarında keçirilir.

Məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir. Aprelin 25-dən başlayan monitorinqlər mayın 6-dək davam edəcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti