...

Pirallahıda həmyerlisinə atəş açan keçmiş məhkum yaxalanıb

Cəmiyyət Materials 27 Aprel 2016 11:05 (UTC +04:00)
Bakının Pirallahı rayonu ərazisində silahlı insident törədən şəxs yaxalanıb.
Pirallahıda həmyerlisinə atəş açan keçmiş məhkum yaxalanıb

Bakı. Samir Əli - Trend:

Bakının Pirallahı rayonu ərazisində silahlı insident törədən şəxs yaxalanıb.

Bu barədə Trend-ə Pirallahı rayon Polis Şöbəsindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ziyafət Manafov saxlanılıb və istintaqa cəlb edilib. Ondan hadisədə istifadə etdiyi odlu silah götürülüb.

Şöbədən bildiriblər ki, Z.Manafov bir müddət əvvəl də cinayət əməli törətdiyi üçün həbs edilibmiş.

Xatırladaq ki, hadisə rayonun S.Bağırov küçəsində baş verib. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti