...

Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar elmi konfrans keçirilib

Cəmiyyət Materials 28 Aprel 2016 11:55 (UTC +04:00)
Bu gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş "Müasir oftalmologiyanın son nailiyyətləri" adlı elmi konfrans keçirilib.
Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar elmi konfrans keçirilib

Bakı. Trend:

Bu gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş "Müasir oftalmologiyanın son nailiyyətləri" adlı elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda çıxış edən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, Zərifə Əliyevanın fəaliyyəti çox zəngin və çoxşaxəli idi: "Zərifə Əliyeva Azərbaycan elminin əsl fədaisi olaraq elmi daim inkişaf etdirib. İndi də Zərifə xanımın elmi fəaliyyətinin istiqamətləri öz aktuallığını itirməyib və müasir oftalmoloqlar üçün çox faydalıdır".

E.Qasımov bildirib ki, Zərifə Əliyevanın 200-dən artıq elmi işləri çap olunub: "Zərifə Əliyevanın pedaqoji fəaliyyəti də çox geniş olub. Zərifə Əliyeva keçmiş sovet məkanında böyük laboratoriya yaratmışdı. Bu laboratoriyada həm elmi, həm də kliniki hissə fəaliyyət göstərirdi. Laboratoriyada həm xəstələr müalicə olunurdu, həm də elmi tədqiqatlar aparılırdı".

E.Qasımov vurğulayıb ki, Azərbaycan oftalmologiyasının bugünki inkişafı həm klinik, həm elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin bir hissəsidir: "Bizim bugünki inkişafımız Zərifə xanımın birbaşa köməyidir, onun işinin davamıdır. Zərifə Əliyeva eyni zamanda, yüksək keyfiyyətlərə malik bir insan idi. O, Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdıb, dünyanın məşhur oftalmoloqlarının hörmətini qazanıb. Zərifə Əliyevanın fəaliyyəti müasir oftalmoloqlar üçün bir nümunədir və onun xatirəsi həmişə qəlbimizidə uca tutulacaq".

Daha sonra çıxış edən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elm üzrə direktor müavini Hicran Namazova Zərifə Əliyevanın elmi və pedaqoji fəaliyyəti haqqında danışıb.

O qeyd edib ki, Zərifə Əliyevanın fəaliyyəti, onun qoyduğu elmi irs o qədər zəngindir ki, bu gün də öz aktuallığını itirməyib: "Zərifə xanımın fəaliyyəti oftalmologiya elmində çox yüksəkldir. O nüfuzlu mütəxəssis idi və öz elmi əsərləri ilə Azərbaycan oftalmologiyasını yüksəklərə qaldırıb və ölkə hüdudlarından kənara çıxarıb. Zərifə xanımın çox böyük pedaqoji fəaliyyəti də var idi".

H.Namazova bildirib ki, Zərifə xanımın elmi fəaliyyəti ilə yanaşı, böyük ictimai fəaliyyəti, vətənpərvər mövqeyi də var idi.

Daha sonra tədbirdə bir sıra elmi məruzələr dinlənilib və tədbir iştirakçılarının müxtəlif sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti