...

Kamal Abdulla: Ölkənin multikultural təhlükəsizliyi digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil

Cəmiyyət Materials 29 Aprel 2016 16:12 (UTC +04:00)
Ölkənin multikultural təhlükəsizliyi heç də digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil.
Kamal Abdulla: Ölkənin multikultural təhlükəsizliyi digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkənin multikultural təhlükəsizliyi heç də digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil. Trend-in məlumatına görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün multikuralizmlə bağlı görülən işlər çox incə və vacib məsələnin də rolunun olduğunu göstərir: "Müxtəlif - energetika, siyasi, ekologiya və s. üzrə təhlükəsizlik doktrinaları var. Onların arasında bunlardan heç də az əhəmiyyət daşımayan multikultural təhlükəsizlik də var. Azərbaycanda multikultural təhlükəsizlik Prezident İlham Əliyevin siyasəti əsasında həyata keçirilir".

K.Abdulla bildirib ki, bu siyasətdə birinci prinsip bütün dinlərə və dini icmalara eyni, bərabər münasibəti nümayiş etdirməkdir: "Bir çox hallarda başqa ölkələrdə təəccüblənərək deyirlər: "Necə olur ki, Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri arasında belə qardaşcasına, isti münasibət var?" Bu, Azərbaycanın əldə etdiyi ən multikultural dəyərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti