...

Şəmkirdə "Azərbaycan naminə" sənədli filmi ictimaiyyətə təqdim olunub

Cəmiyyət Materials 6 May 2016 12:48 (UTC +04:00)
Ümummili lider Heydər Əliyevin Şəmkirə səfərləri, rayonda etdiyi açılışlar, təlqin etdiyi fikirlər şəmkirlilər tərəfindən bu gün də xoş xatirə kimi yaddaşlarda yaşadılır.
Şəmkirdə "Azərbaycan naminə" sənədli filmi ictimaiyyətə təqdim olunub

Bakı. Trend:

Ümummili lider Heydər Əliyevin Şəmkirə səfərləri, rayonda etdiyi açılışlar, təlqin etdiyi fikirlər şəmkirlilər tərəfindən bu gün də xoş xatirə kimi yaddaşlarda yaşadılır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonda "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda keçirilən elmi-praktik konfransda əhalinin rifah halının yaxşılaşması, yeni istehsal sahələrinin yaradılması, regionların timsalında əldə edilən nailiyyətlər bugünkü inkişafın təməl daşı kimi hesab edilib.

Ümumilli lider Heydər Əliyevin geniş və hərtərəfli fəaliyyəti, onun müstəqil Azərbaycanın dinamik inkişafı istiqamətində həyata keçirdiyi layihələr də Ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbirdə səsləndirilib.

Konfrans "Azərbaycan naminə" adlı sənədli filmin tamaşası ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti