...

Dövlət Komitəsi: Azərbaycanda bütün dinlərin nümayəndələri yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır (FOTO)

Cəmiyyət Materials 27 May 2016 15:09 (UTC +04:00)
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Beynəlxalq İnsan Haqları Cəmiyyətinin prezidenti, Dünya Evangelist Alyansının Ruhanilər Komissiyasının icraçı sədri və İnsan haqları səfiri, professor Tomas Şirmaxeri və din sosiologiyası professoru Timisora Şirmaxeri qəbul edib.
Dövlət Komitəsi: Azərbaycanda bütün dinlərin nümayəndələri yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır (FOTO)

Bakı. Trend:

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Beynəlxalq İnsan Haqları Cəmiyyətinin prezidenti, Dünya Evangelist Alyansının Ruhanilər Komissiyasının icraçı sədri və İnsan haqları səfiri, professor Tomas Şirmaxeri və din sosiologiyası professoru Timisora Şirmaxeri qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, S.Heydərov Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, dövlətin din sahəsində yürütdüyü siyasət barədə ətraflı məlumat verib. Ölkəmizdə bütün dinlərin nümayəndələrinin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşadığını önə çəkən Səyavuş Heydərov Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.

Hazırda bəzi müsəlman ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr müavini deyib ki, bu münaqişələrin həlli məqsədilə onun yaranma səbəbləri dərindən araşdırılmalı, o cümlədən İslam dininin siyasi maraqlar naminə istifadəsinin qarşısı alınmalıdır.

O bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit qlobal təhlükəsizlik baxımından dünyaya töhfə verə biləcək səviyyədədir. Dini zəmində baş verən münaqişələrin qarşısının zor və silah yolu ilə alınması mümkün deyil.

Qəbula görə təşəkkürünü bildirən Tomas Şirmaxer Azərbaycana səfər etdiklərindən məmnun olduqlarını bildirib. Ölkəmizdəki yüksək inkişafdan danışan Tomas Şirmaxer respublikamızda mövcud olan multikultural mühit barədə geniş məlumata malik olduqlarını bildirib.

O, bəzi Avropa ölkələrində hökm sürən qeyri-multikultural mühit barədə faktlarla geniş məlumat verərək bildirib ki, bu kimi hallar insan haqlarının məhdudlaşmasıyla nəticələnir. Hər iki qonaq bu istiqamətdə birgə tədbirlərin görülməsində, Azərbaycan təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını deyiblər.

Görüşdə Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti