...

Nyu-Yorkda Türk yürüşü (FOTO)

Cəmiyyət Materials 27 May 2016 20:32 (UTC +04:00)
Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyyətləri də iştirak edib.
Nyu-Yorkda Türk yürüşü (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 35-ci Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar.

Manhettendə Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü türk və Amerika cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti