...

Ermənistana keçən Azərbaycan vətəndaşı geri qaytarıldı, ruhi xəstəxanaya təhvil verildi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 İyun 2016 13:50 (UTC +04:00)
Beynəlxalq sərhədi 7 iyun 2016-cı il tarixdə keçən mülki Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.
Ermənistana keçən Azərbaycan vətəndaşı geri qaytarıldı, ruhi xəstəxanaya təhvil verildi (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Beynəlxalq sərhədi 7 iyun 2016-cı il tarixdə keçən mülki Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Gədəbəy sakini Qətibə Ələkbərova bu gün Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.

BQXK neytral vasitəçi qismində çıxış edərək Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadınla rəftarı və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.

Ermənistana keçən Azərbaycan vətəndaşının ruhi xəstə olduğu müəyyənləşdirilib

Ermənistana keçən Azərbaycan vətəndaşının ruhi xəstə olduğu müəyyənləşdirilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında isə qeyd olunur ki, Komissiyanın aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı 10 iyun 2016-cı il tarixdə azad edilib. Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti