...

Bu gün "Son zəng" çalınır

Cəmiyyət Materials 14 İyun 2016 08:00 (UTC +04:00)
Bu gün Azərbaycanda “Son zəng” ilk dəfə olaraq yeni tarixdə keçirilir.
Bu gün "Son zəng" çalınır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycanda "Son zəng" ilk dəfə olaraq yeni tarixdə keçirilir.

Trend-in məlumatına görə, indiyədək mayın 31-də qeyd edilən "Son zəng" cari ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir.

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək.

2016-2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti