...

YUNESKO Azərbaycanda almanların məskunlaşmasının 200 illiyini qeyd edəcək

Cəmiyyət Materials 30 İyun 2016 16:21 (UTC +04:00)
Azərbaycan alman mühacirlərin Azərbaycana gəlişinin 200 illiyinin YUNESKO xətti üzrə qeyd edilməsi təşəbbüsü ilə çıxış edib.
YUNESKO Azərbaycanda almanların məskunlaşmasının 200 illiyini qeyd edəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan alman mühacirlərin Azərbaycana gəlişinin 200 illiyinin YUNESKO xətti üzrə qeyd edilməsi təşəbbüsü ilə çıxış edib.

Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, "Azərbaycanda alman məskənləri" layihəsi hazırlanıb. Nazir qeyd edib ki, 1817-ci ildə almanlar ilk dəfə olaraq Tovuz, Astara və Gəncə şəhərlərində məskunlaşıblar: "Gələn il Azərbaycanda almanların məskunlaşmasının 200 illiyi qeyd ediləcək və bu tarix YUNESKO-nin xətti ilə qeyd olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti