...

TQDK imtahan nəticələrinin yoxlanılmasına başlayıb

Cəmiyyət Materials 1 İyul 2016 09:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən iyunun 30-da keçirdiyi buraxılış imtahan protokollarının və cavab kartlarının emalına başlayıb.
TQDK imtahan nəticələrinin yoxlanılmasına başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən iyunun 30-da keçirdiyi buraxılış imtahan protokollarının və cavab kartlarının emalına başlayıb.

TQDK-dan Trend-ə verilən məlumata görə, nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

İmtahanlar iyunun 30-da Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti