...

Xoşbəxt Yusifzadənin adına təqaüd təsis olunacaq

Cəmiyyət Materials 6 İyul 2016 16:05 (UTC +04:00)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün yeni təqaüd təsis olunacaq.
Xoşbəxt Yusifzadənin adına təqaüd təsis olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün yeni təqaüd təsis olunacaq.

Universitetdən Trend-ə verilən məlumata görə, bunu ADNSU-nun rektoru, professor Mustafa Babanlı cari ildə universitet qarşısında duran planlardan söz açarkən deyib.

Rektor yeni tədris ilində universitetin keçmiş məzunu Xoşbəxt Yusifzadənin adına təqaüdün təsis olunacağını diqqətə çatdırıb.

Onun sözlərinə görə, təqaüdün təsis olunmasında məqsəd əlaçı tələbələri həvəsləndirməkdir.

Xatırladaq ki, Xoşbəxt Yusifzadə hazırda SOCAR-ın vitse-prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti