...

Şəmkirdə güclü külək və dolu 10 kəndi işıqsız qoyub (FOTO)

Cəmiyyət Materials 11 İyul 2016 11:14 (UTC +04:00)
Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Şəmkirdə güclü külək və dolu 10 kəndi işıqsız qoyub (FOTO)

Bakı. Trend:

Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq rayonun dağ kəndlərinə güclü dolu yağıb.

Təxminən 10 dəqiqəyə yaxın davam edən dolunun diametri 3 sm-ə yaxın olub və xoşbəxtlikdən kənd sakinlərinə, evlərə, maşınlara ciddi ziyan dəyməyib.

Rayon Fövqəladə Hallar Komissiyasından veirlən məlumata görə, küləyin təsiri nəticəsində elektrik enerjisinin verilməsində yaranan fasilələr aradan qaldırılıb və bütün kəndlərə elektrik enerjisinin verilməsi artıq bərpa olunub.

Qeyd edək ki, bu il rayonun Çənlibel kəndinə bir neçə dəfə güclü dolu yağıb, təsərrüfatlara ciddi zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti